Əsas səhifə / Bütün postlar / Hüquqi xidmətlər

Hüquqi xidmətlərlaws.az hüquqi xidmətlər

Əziz vətəndaşlar, hüquqi və fiziki şəxslər!

“Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası ərazisində, istərsə də onun hüdudlarından kənarda bütün növ hüquqi xidmətləri həyata keçirir.

Hüquqi şəxslərin, filial və ya nümayəndəliklərin qeydiyyatı, qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi, qeydiyyata alınmış müəssisələrin fəaliyyətinin dayandırılması, onların ləğv edilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatı və fəaliyyətinin dayandırılması korporativ hüququn əsas tərkib hissələrinə daxildir. Bu sahədə əldə etdiyimiz çoxillik təcrübə sayəsində biznesinizin düzgün qurulmasına yardım edib, hüquqi xidmətlər göstərməklə, hər an sizlərə arxa və dəstək olmağa hazırıq.

Ailə-nikah münasibətləri mülki hüquqda kifayət qədər geniş mübahisə yaradan məsələlərdəndir. İstər ailə həyatı qurmamışdan əvvəl nikah müqaviləsi ilə bağlı maraqlandığınız suallara cavab verə, istərsə də ailə qurduqdan sonra yaranmış mübahisələrlə bağlı sizə dəstək dura bilərik.

Əmlak məsələləri mülki hüququn əsas bölmələrindən biridir. Vaxtilə sərəncamla istifadəyə verilmiş torpaqların, mənzillərin özəlləşdirilməsi, alqı-satqı məsələləri, qeydiyyat, o cümlədən ev sahibinin vəfat etməsindən sonra mülkiyyətin, yəni miras əmlakın bölüşdürülməsi çətin prosedurlardan biri olub, hüquqşünas dəstəyinə ehtiyac yaradır. Məhz bu çətinlikləri aradan qaldırmaq üçün “Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyəti sizlərə öz yardımını göstərə bilər.

Əmək prosesində qarşılaşdığınız problemlər, əmək müqavilələrinin bağlanması, işçilərin sığortalanması, səmərəli əmək şəraitinin yaradılması və s. üzrə istər işçilər, istərsə də işəgötürənlər bizim təcrübəmizdən faydalana bilərlər.

Vergi ödənişləri ilə bağlı problemləriniz varsa, eləcə də vergi orqanları ilə hər hansı bir məsələyə yanaşma mübahisələnirsə, bu zaman sizin problemlərinizi üzərimizə götürüb həll edə bilərik.

Bundan başqa, yerli və beynəlxalq məhkəmə instansiyalarında təmsilçilik, eləcə də vəkil xidmətinin göstərilməsi “LAWS.AZ” Şirkətinin fəaliyyət dairəsinə aiddir.

Sizin maraqlara öz marağı kimi yanaşan “Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməklə, dəyərli vaxtınızı, vəsaitinizi, əsəblərinizi və enerjinizi qoruyacaqsınız!

Hüquqi xidmətlər

aşağıdakılardan ibarətdir

Korporativ hüquq

Korporativ hüquq

Korporativ hüquq Əziz vətəndaşlar, hüquqi və fiziki şəxslər! Korporativ hüquq dedikdə...

Vərəsəlik hüququ

Vərəsəlik hüququ

Vərəsəlik hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vərəsəlik dedikdə...

Daşınmaz əmlak hüququ

Daşınmaz əmlak hüququ

Daşınmaz əmlak hüququ Daşınmaz əmlak hüququ dedikdə, daşınmaz əmlakla bağlı yaranan...

Ailə-nikah mübahisələri

Ailə-nikah mübahisələri

Ailə-nikah mübahisələri “LAWS” Şirkəti vətəndaşlara ailə-nikah münasibətləri ilə bağlı...

Əmək münasibətləri

Əmək münasibətləri

Əmək münasibətləri “Laws.az” Şirkəti işəgötürən və işçi arasında əmək münasibətlərinin...

Cinayət hüququ

Cinayət hüququ

Cinayət hüququ Dəyərli müştərilər. Cinayət hüququ və onun tənzimlədiyi münasibətlər...

 

laws.az-lawyer.jpg
Direktor

Qarayev İlqar

Direktor / Hüquqşünas
lawyer-in-Azerbaijan-1.png
Hüquqşünas

Əliyev Turabi

Hüquqşünas

XİDMƏTLƏRƏ GÖRƏ QİYMƏTLƏR

  • Onlayn konsalting
  • 00.
  • Aşağıdakı düyməni sıxmaqla
  • hüquqi xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.
  • Hüquqi
  • 00.
  • Aşağıdakı düyməni sıxmaqla
  • hüquqi xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.
  • Hüquqi xidmətlər
  • 00.
  • Aşağıdakı düyməni sıxmaqla
  • hüquqi xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.

Minimum 6 characters