Daşınmaz əmlak hüququ

Daşınmaz əmlak hüququ

Daşınmaz əmlak hüququ dedikdə, daşınmaz əmlakla bağlı yaranan istənilən münasibətlərin hüquqi həlli yolları nəzərdə tutulur.

Buraya daşınmaz əmlakın alqı-satqısı, onun sənədləşdirilməsi, sənədsiz daşınmaz əmlaka sənədlərin alınması, eləcə də daşınmaz əmlakın icarəsi və icarə müqavilələrinin düzgün şəkildə bağlanması, icarə müqaviləsi bağlanarkən hasnı cəhətlərə diqqət etmək lazım olduğu nəzərdə tutulur.

Daşınmaz əmlak hüququnu tənzim edən ən əsas mənbə Azərbaycan Respublikasının Mülki Məcəlləsidir.

Mülki Məcəllədə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və bu hüquqların digər şəxsə keçməsi ilə bağlı dövlət qeydiyyatı proseduru, eləcə də həmin hüquqların məhdudlaşdırılması və xitamı üçün müəyyən əsas lazımdır.

Bu əsaslara aşağıdakılar aiddir:

  • Dövlətə və ya bələdiyyələr tərəfindən onların özlərinə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsi, istifadə və icarəsinə, eləcə də ipotekaya qoyulmasına aid qəbul edilmiş aktlar
  • Daşınmaz əmlakla bağlı notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, həmçinin vərəsəlik haqqında, mənzillərin hərrac nəticəsində əldə olunmasına dair şəhadətnamələr və s.

Buraya həmçinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarları da daxildir.