Kadr uçotu

Kadr uçotu

Hər bir müəssisə və təşkilata kadr uçotunu həyata keçirmək zəruridir. Mühasibat uçotu ilə əlaqəsi olmasına baxmayaraq, heç də bütün mühasiblər kadr uçotunun düzgün tərtib edilməsini bilmirlər. Bu isə əmək və vergi müfəttişləri tərəfindən həyata keçirilən yoxlamalar zamanı ciddi problemlərə gətirib çıxarır. Kadr uçotunun, yaxud kadr kargüzarlığının düzgün həyata keçirilməsi həm bu sahədə mövcud olan qanunvericiliyin tələblərinə cavab verir, həm də əmək mübahisələri zamanı yazılı dəlil kimi istifadə olunur. Bu da, işəgötürəni gələcəkdə meydana çıxacaq xoşagəlməz nəticələrdən müdafiə edir. Kadr işinin təşkili zamanı heç bir nüansa əhəmiyyətsiz yanaşmaq olmaz. Çünki xırda və mənasız görünən yanlış məlumatlar ağır hüquqi nəticələrə gətirib çıxara bilər.

Təbii ki, işçi heyətlə münasibətlərdə ədalətli yanaşma hər zaman gözlənilməlidir. Ancaq bəzən elə olur ki, müəssisədə çalışan işçi işəgötürənə qarşı ədalətli davranmır. Belə olduğu halda, işçi kadr uçotunda buraxılmış boşluqlardan istifadə etməklə, işəgötürənə qarşı əsl başağrısına çevrilir. Burada təkcə kadr uçotunun düzgün tərtib olunması deyil, həmçinin hüquqi baxımdan tövsiyələr də işinizin düzgün qurulmasına yardım edəcəkdir. Bütünbunları nəzərə alıb, kadr uçotu siyasətini düzgün həyata keçirməyinizi tövsiyə edirik. Bu cür sənədləşmənin düzgün və yazılı şəkildə aparılması gələcəkdə məhkəmə mübahisələri zamanı sizin xeyrinizə sübut kimi çıxış edəcəkdir. Təcrübəmizdə, məhkəmə mübahisələri ilə əlaqədar bizə müraciət edən çoxlu sayda müəssisə, şirkət tanıyırıq. Ancaq sonradan yaranan bu cür mübahisələrin öncədən xeyrinizə həll olunması, yaxud məhkəmədə açıq-aşkar sizin xeyrinizə qərar çıxarılması üçün kadr uçotu siyasətinin düzgün qurulması zəruridir.

Ümumiyyətlə, qarşılaşdığımız əksər müəssisələrdə, şirkətlərdə kadr uçotunun düzgün aparılmamasının şahidi olmuşuq. Hətta, şirkət rəhbərinin etibar etdiyi və biliyindən əmin olduğu əməkdaşları da bu sahədə əks suallarımıza cavab verməkdə aciz qalırlar. Bu da ondan irəli gəlir ki, məsələnin hüquqi tərəflərini bilmirlər, yaxud düzgün tətbiq edə bilmirlər.

Kadr işinin düzgün təşkil olunmasından, həmçinin kollektivin nizamlı və həvəslə çalışması da asılıdır. Belə ki, müəssisədə ciddi nizam-intizam və kargüzarlığın şahidi olan işçi, öz əməlində bu cür məsuliyyəti dərk edərək, işini də müəssisənin mahiyyətinə uyğun quracaqdır.

Beləliklə, istər kadr uçotunun düzgün təşkili üzrə, istərsə də əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi məsləhət xarakterli məlumatlar üçün bizə müraciət edə bilərsiniz.