Miqrasiya hüququ
Həm əcnəbilərin, həm də vətəndaşlığı olmayan şəxslər ölkəmizə müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər, eləcə də onun hüdudları daxilində müvəqqəti qala bilərlər. Bununla əlaqədar əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanından, hazırda isə Miqrasiya Xidmətindən müvafiq icazə almalıdırlar.
Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ala bilərlər:
- Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq əlaqələrində olmaqla;
- Azərbaycan iqtisadiyyatına müəyyən həcmdə investisiya qoymaqla;
- Əmək fəaliyyəti ilə bağlı fərdi icazə almaqla;
- Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil almaqla;
- Müxtəlif sahələr üzrə yüksək səviyyəli mütəxəssis olmaqla;
- Digər hallarda
Laws.az saytında qeyd olunan miqrasiya hüququ, əcnəbi işçilərin işə qəbulu məsələlərini, eləcə də onlara müvəqqəti yaşamaq üçün icazənin və fərdi iş icazəsinin alınması ilə bağlı müvafiq sənədlərin tərtib olunması, toplanması və qanunvericiliyə uyğun olaraq Miqrasiya orqanlarına təqdim edilməsi nəzərdə tutulur.