Filial və nümayəndəliklərin qeydiyyati və ləğvi
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafeyini təmsil edən, onun maraqlarını müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Filial isə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşib, onun funksiyalarının hamısını, yaxud bir hissəsini, həmçinin nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsidir.
Nümayəndəlik və filial hüquqi şəxslə bağlı olsa da, onlar özlüyündə hüquqi şəxs deyildir, təsisçi hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə öz fəaliyyətlərini təşkil edirlər. Filial və nümayəndəliyin rəhbərini qərar vasitəsi ilə təsisçi hüquqi şəxs təyin edir və fəaliyyət göstərməsi üçün ona etibarnamə verir.
Filial və nümayəndəliklərin qeydiyyati və ləğvi
“LAWS.AZ” Şirkəti istər Azərbaycan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslərin yerli və ya xarici ölkələrdə nümayəndəlik və ya filiallarını, istərsə də xarici ölkələrdə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərini yaratmaq xidmətini həyata keçirir. Bu prosedurların həyata keçməsində, sənədlərin toplanmasında, tərcümə edilməsində incə məqamlar olduğu üçün, bu sahədə peşəkar olan “LAWS.AZ” Şirkətinə müraciət etməyiniz tövsiyə olunur. Prosedurun icrasında sizin yalnız razılığınız kifayətdir ki, qısa müddət ərzində hazır sənədləri olduğunuz yerə gətirib təhvil verək. Xidmətlərimiz yalnız hüquqi prosedurların icrası ilə bitmir. Biznes fəaliyyətinizin səmərəli qurulması üçün məsləhətlərimiz və işgüzar dairələrlə münasibətlərinizin qurulmasında, reklam bazarında təşviqat məsələlərində etibarlı yardımçı kimi çıxış etməyimiz də əlavə xidmətlərin siyahısına daxildir. Şirkətinizin fəaliyyəti üçün nümayəndəlik, yaxud filial açmağın daha münasib olduğunu öyrənmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.