laws.az businessAzərbaycanda biznes xidmətləri

Əziz dostlar

Saytımızın “Biznes” bölməsi müəyyən məbləğdə vəsaitə malik olub, şəxsi bizneslə məşğul olmaq istəyənlər, ancaq bu biznesin hansı sahədə olması barədə qərar verə bilməyən şəxslər üçün nəzərdə tutulub. Bundan başqa, əlində vəsaiti olub, hansısa bir sahəyə sırf investisiya yatırmaq istəyənlər üçün nəzərdə tutulub. Eyni zamanda bu bölmədə vaxtaşırı bizimlə və ya bizə yaxın ətrafımızla Azərbaycanda biznes xidmətləri üzrə tərəfdaşlığın müəyyən formaları barədə məlumatlara rast gələcəksiniz.

Bəzən elə hallar olur ki, ayrı-ayrı şəxslərin əlində müəyyən məbləğdə vəsait olur, öz şəxsi biznesini açmaq istəyir, müəyyən biznes sahəsi ilə məşğul olmaq istəyir, ancaq bu vəsaiti hara yatıracağını, hansı sahənin ona gəlir gətirəcəyini müəyyən edə bilmir. “Biznes” bölməmiz məhz bu cür şəxslər üçün nəzərdə tutulmuşdur. Burada vaxtaşırı qarşımıza çıxan hazır bizneslər barədə sizlərə məlumat verməklə, eləcə də bu biznesin təfərrüatları barədə məlumatlar yerləşdirəcəyik. Təbii ki, elə bir biznes yoxdur ki, onun 100 faiz qazanc gətirəcəyini əminliklə deyək. Buna görə də, burada yerləşdirəcəyimiz hazır bizneslərin 100 faiz qazanc gətirəcək bir sahə olması barədə fikir söyləmək iddiamız yoxdur. Çünki istənilən uğurlu biznesmenin iş həyatında enişlər də olur və bu da təbiidir. Ancaq onun barədə müəyyən məlumatlar verməklə, sizlərə dəstək olub, ehtimallarımızı bölüşəcəyik. Məhz bu ehtimalların köməyi ilə, özünüz qərar verib işlərinizi planlaşdırmalısınız. Əlbəttə, əldə edəcəyiniz biznes barədə özünüzün də məlumatınızın olması bu işinizin uğur payını daha da artıracaq. Həmçinin bu işlə özünüzün birbaşa məşğul olmağınız, yəni sadəcə investisiya yatırmaq deyil, birbaşa şəxsi biznesinizlə məşğul olmağınız biznesinizin müvəffəq olma ehtimalını xeyli artırır. Buna görə də, burada qeyd olunan hazır bizneslər işinizə xeyli təkan vermiş olacaqdır.

Həm tələbələrə, həm universiteti yenicə bitirmiş məzunlara, həm də öz biznesini qurmamış, ancaq bununla bağlı neçə müddətdir düşünən şəxslərə hazırkı bölməmiz maraqlı gələcəkdir. Bundan başqa, Azərbaycan Respublikası barədə tam məlumatlı olmayan və dilimizi bilməyən əcnəbi vətəndaşlar üçün də bu bölməmiz əhəmiyyət kəsb edəcəkdir.

Beləliklə, sizi çox maraqlı “Biznes” bölməmizdə salamlayır, işgüzar fəaliyyətdə sizə uğurlar arzulayır və həmçinin fikirlərinizi, düşüncələrinizi də bizimlə bölüşdürməyinizi xahiş edirik.

Hazır biznes layihələrlə aşağıda tanış ola bilərsiniz:

Mühasibat uçotu

Mühasibat uçotu Mühasibat uçotu dedikdə, hər bir müəssisə və təşkilatın...

Əmək müqaviləsi

Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi və işə götürən arasında...

Kadr uçotu

Kadr uçotu Hər bir müəssisə və təşkilata kadr uçotunu həyata keçirmək zəruridir...

Kargüzarlıq

Kargüzarlıq Müəssisə və təşkilatlar, hüquqi şəxslər tərəfindən düzgün aparılan...

 

XİDMƏTLƏRƏ GÖRƏ QİYMƏTLƏR

  • Document
    preparation
  • 29.
    95
  • Get step-by-step instructions to customize and complete your documents
  • Edit, download, print and share as many documents as you need
  • Online Consulting
  • 59.
    95
  • Sign your documents online in seconds
  • Receive deep discounts when you need more help
  • Deal Support
  • 99.
    95
  • Ask a lawyer your legal questions
  • Have a lawyer review your work to make sure it’s done right