Haqqımızda

Haqqımızda

Artıq bir neçə ildir ki, “Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyəti vətəndaşlara, hüquqi və fiziki şəxslərə kompleks hüquqi və mühasibatlıq xidmətlərini təqdim edir. Bu müddət ərzində biz hüququn bütün sahələri üzrə peşəkarlardan ibarət komanda yaratmışıq. Həmçinin, dövlət strukturları ilə uğurlu əməkdaşlıq qurmağa, Azərbaycanda hüquqi dəstəyin spesifik xüsusiyyətlərini öyrənməyə və müştərilərin problemlərinin hüquqi həllini uğurla həyata keçirməyə nail olmuşuq. Biz biznesinizin inkişafının müxtəlif mərhələlərində özümüzü sizə dəstək duracaq etibarlı tərəfdaş qismində göstərə bilmişik. İşgüzar fəaliyyətə başlayacağınız təqdirdə, sizə dəstək olmağa şad olarıq.

Bizə müraciət etməklə, siz şirkətlərin qeydiyyatı, eləcə də mövcud olan şirkətlərin təsis sənədlərinə dəyişikliklə bağlı məsələlər üzrə tam hüquqi dəstək əldə edəcəksiniz. Bundan başqa, həyatımızın müxtəlif sahələrində, işdə, ailədə, dövlət orqanları və özəl müəssisələrdə qarşılaşdığınız problemlərin hüquqi həllini bizim vasitəmizlə həyata keçirə bilərsiniz.

Mühasibat uçotu və vergi tutulması sahəsində əldə etdiyimiz biliklər sayəsində, biznesin planlaşdırılması mərhələsində, vergi tutulmasında daha münasib sistemi seçməkdə sizə tövsiyələr verə bilərik. Ölkəmizdə mühasibat uçotunun düzgün şəkildə həyata keçirilməsinə müvafiq orqanlar da ciddi nəzarət edir və bunu təşviq edir. Buna görə də, müəssisənizin mühasibat uçotunun düzgün aparılması üçün bizimlə müqavilə bağlayıb, bütün problemlərdən uzaq dura bilərsiniz.

“Legal and Accounting Services” MMC təkcə Azərbaycan Respublikası ərazisində deyil, eləcə də onun hüdudlarından kənarda qarşılaşdığınız problemlərin həllini üzərinə götürə bilər. Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə sizin mənafeyinizi öz mənafeyi kimi müdafiə etməyə hazırdır. “Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin  ilk tövsiyə xarakterli xidməti təmənnasızdır. Bunun üçün ofislərimizdən birinə gəlməyiniz xahiş olunur.

Komandamız

laws.az-lawyer.jpg
Hüquqi xidmətlər.
lawyer-in-Azerbaijan-1.png
Hüquqi xidmətlər

Əliyev Turabi

Hüquqşünas
04_team.png
Mühasibatlıq xidmətləri.

Sona Gülxar

Mühasib
03_team.png
Hüquqi xidmətlər.

Hüquq biliklərimiz

  • Biznes
  • Ailə hüququ
  • Əmlak hüququ
  • Miqrasiya
  • Digərlər

Dil biliklərimiz

İngilis
0%
Ərəb
0%
Fransız
0%
Rus
0%
Digərlər
0%

Xidmətlər

0%
Ailə-nigah
0%
Operativlik
0%
Məhkəmə araşdırması
0%
Tədqiqat
0%
Onlayn xidmətlər