Cinayət hüququ

Dəyərli müştərilər. Cinayət hüququ və onun tənzimlədiyi münasibətlər hüquq sisteminin ən çətin sahələrindən biridir və buna görə də bu sahənin öyrənilməsi çox uzun bir vaxt alır. Ancaq cinayət hüququ üzrə problemlərin həlli zamanı itirilmiş hər bir dəqiqə sizin üçün həyati xətalara gətirib çıxara bilər.

Təqsirsizliyin sübut olunması üzrə əksər dəlillər cinayət işinin açıldığı gündən toplanmağa başlayır. Buna görə də, məhkəmədə maraqlarınızı maksimum qaydada müdafiə etmək və haqsız cəzalanmadan, yaxud yüngülləşdirici hallardan istifadə etmək üçün, cinayət işi başlayan kimi peşəkar vəkilə müraciət etməyiniz tövsiyə edilir.

Nəzərinizə çatdırırıq ki, hər hansı cinayətə görə məsuliyyət müəyyən edilərkən, bu hüquq normaları mütləq şəkildə Cinayət Məcəlləsinə daxil edilməlidir. Deməli əməlin cinayət sayılması, belə əməli törədən şəxsin təqsirli hesab olunması və cəza tətbiqi ancaq qanunda göstərildiyi halda mümkündür. Lakin vətəndaşların cinayət qanunundan yetərincə xəbərdar olmaması, qeyri-peşəkarların isə bu sahədə müvafiq səriştələrinin olmaması, onların öz hüquqlarını lazımi səviyyədə müdafiəsində ciddi maneələr yaradır.

“Legal and Accounting Services” MMC bu sahədə həm vəkil xidmətlərini təqdim edir, həm də təmənnasız məsləhətlər verir. Mütəxəssislərimizin yüksək peşə səviyyəsi müdafiənizin təşkili üzrə ən optimal variantları ən qısa vaxtda həyata keçirməyə imkan verir.

Peşəkar vəkillərimiz sizə qarşı yönəlmiş ittihamlardan yayınmaq, müvafiq sübutları toplamaq və məhkəmədə sizi lazımi qaydada müdafiə etmək üçün öz xidmətlərini təklif edir. Biz Konstitusiyanın 25-ci maddəsində göstərilən və vətəndaşların qanun qarşısında bərabərliyini nəzərdə tutan prinsipinin, eləcə də ədalətlilik prinsipinin tətbiqinə nail olmağa zəmanət veririk.