Hüquqi xidmətlər
Əziz vətəndaşlar, hüquqi və fiziki şəxslər!
“Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası ərazisində, istərsə də onun hüdudlarından kənarda bütün növ hüquqi xidmətləri həyata keçirir.
Hüquqi şəxslərin, filial və ya nümayəndəliklərin qeydiyyatı, qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi, qeydiyyata alınmış müəssisələrin fəaliyyətinin dayandırılması, onların ləğv edilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatı və fəaliyyətinin dayandırılması korporativ hüququn əsas tərkib hissələrinə daxildir. Bu sahədə əldə etdiyimiz çoxillik təcrübə sayəsində biznesinizin düzgün qurulmasına yardım edib, hüquqi xidmətlər göstərməklə, hər an sizlərə arxa və dəstək olmağa hazırıq.
Ailə-nikah münasibətləri mülki hüquqda kifayət qədər geniş mübahisə yaradan məsələlərdəndir. İstər ailə həyatı qurmamışdan əvvəl nikah müqaviləsi ilə bağlı maraqlandığınız suallara cavab verə, istərsə də ailə qurduqdan sonra yaranmış mübahisələrlə bağlı sizə dəstək dura bilərik.
Əmlak məsələləri mülki hüququn əsas bölmələrindən biridir. Vaxtilə sərəncamla istifadəyə verilmiş torpaqların, mənzillərin özəlləşdirilməsi, alqı-satqı məsələləri, qeydiyyat, o cümlədən ev sahibinin vəfat etməsindən sonra mülkiyyətin, yəni miras əmlakın bölüşdürülməsi çətin prosedurlardan biri olub, hüquqşünas dəstəyinə ehtiyac yaradır. Məhz bu çətinlikləri aradan qaldırmaq üçün “Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyəti sizlərə öz yardımını göstərə bilər.
Əmək prosesində qarşılaşdığınız problemlər, əmək müqavilələrinin bağlanması, işçilərin sığortalanması, səmərəli əmək şəraitinin yaradılması və s. üzrə istər işçilər, istərsə də işəgötürənlər bizim təcrübəmizdən faydalana bilərlər.
Vergi ödənişləri ilə bağlı problemləriniz varsa, eləcə də vergi orqanları ilə hər hansı bir məsələyə yanaşma mübahisələnirsə, bu zaman sizin problemlərinizi üzərimizə götürüb həll edə bilərik.
Bundan başqa, yerli və beynəlxalq məhkəmə instansiyalarında təmsilçilik, eləcə də vəkil xidmətinin göstərilməsi “Legal and Accounting Services” MMC-nin fəaliyyət dairəsinə aiddir.
Sizin maraqlara öz marağı kimi yanaşan “Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməklə, dəyərli vaxtınızı, vəsaitinizi, əsəblərinizi və enerjinizi qoruyacaqsınız!
Hüquqi xidmətlər
aşağıdakılardan ibarətdir
Korporativ hüquq
Korporativ hüquq Əziz vətəndaşlar, hüquqi və fiziki şəxslər! Korporativ hüquq dedikdə...
Hüquqi sənədlərin nümunələrini buradan yükləyin
Hüquqi sənədlərin nümunələrini buradan yükləyin Hüquqi sənədlərin nümunələrini buradan...
Xaricdə və ofşor zonalarda qeydiyyat
Xaricdə və ofşor zonalarda qeydiyyat Öncədən planlaşdırdığınız xarici ölkələrdə şirkət...
Filial və nümayəndəliklərin qeydiyyati və ləğvi
Filial və nümayəndəliklərin qeydiyyati və ləğvi Azərbaycan Respublikasının Mülki...
Hüquqi şəxslərin qeydiyyatı və ləğvi
Hüquqi şəxslərin qeydiyyatı və ləğvi Hüquqi şəxslər institutu mülki hüquq sahəsinin...
Hüquqi şəxslər sahibkarlıq subyektləri
Hüquqi şəxslər sahibkarlıq subyektləri Əziz vətəndaşlar, hüquqi və fiziki şəxslər!...
Vərəsəlik hüququ
Vərəsəlik hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vərəsəlik dedikdə...
Daşınmaz əmlak hüququ
Daşınmaz əmlak hüququ Daşınmaz əmlak hüququ dedikdə, daşınmaz əmlakla bağlı yaranan...
Ailə-nikah mübahisələri
Ailə-nikah mübahisələri “Legal and Accounting Services” MMC vətəndaşlara ailə-nikah...
Əmək münasibətləri
Əmək münasibətləri “Laws.az” Şirkəti işəgötürən və işçi arasında əmək münasibətlərinin...
“Legal and Accounting Services” MMC haqqında
“Legal and Accounting Services” MMC haqqında “Legal and Accounting...
Cinayət hüququ
Cinayət hüququ Dəyərli müştərilər. Cinayət hüququ və onun tənzimlədiyi münasibətlər...
Qarayev İlqar
Əliyev Turabi
XİDMƏTLƏRƏ GÖRƏ QİYMƏTLƏR
- Onlayn konsalting
- ₼00.
- Aşağıdakı düyməni sıxmaqla
- hüquqi xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.
- Hüquqi
- ₼00.
- Aşağıdakı düyməni sıxmaqla
- hüquqi xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.
- Hüquqi xidmətlər
- ₼00.
- Aşağıdakı düyməni sıxmaqla
- hüquqi xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.