Könüllü polislər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin olunması barədə fərman imzalayıb. Fərmana görə, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının üstünlüyü, qanunçuluq, eləcə də müvafiq dövlət orqanların ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət prinsiplərinə söykənir.