TƏLİMLƏR

“Legal and Accounting Services” MMC tərəfindən təşkil edilən təlimlər ilə aşağıdakı linki basmaqla tanış ola bilərsiniz:

1Praktik biznes kursu

Əziz dostlar. Hazırkı “Praktik biznes təlimi” öz proqramına və mövzusuna görə Azərbaycanda, demək olar ki, ilk layihədir. Belə ki, öz biznesini açıb fəaliyyət göstərmək istəyən, lakin onun sənədləşməsi, ilkin hüquqi, vergi və mühasibatlıq tərəflərini bilməyən şəxslər bu təlimdən faydalanıb, rahat şəkildə müstəqil işgüzar fəaliyyətə başlaya bilərlər.
Təlim 25 dərsdən ibarətdir. Təlimdə MMC təsis etməkdən tutmuş, onun bank hesablarının açılması, ilkin mühasibatlığının aparılması, hesabatların göndərilməsi, vergi və digər mövzular üzrə zəruri məlumatlar veriləcək. Təlim konkret MMC üzərində keçiriləcəkdir.
Sizi çox maraqlı bir təlim gözləyir. Maraqlananlar emailə və ya whatsap nömrəsinə yaza bilərlər.

Kursun ilk 7 dərsinin proqramı ilə aşağıda tanış ola bilərsiniz:

 

1-ci dərs
Praktik biznes kursu barədə məlumat, kursun mahiyyəti. Azərbaycanda biznes mühiti. Hüquqi və fiziki şəxslər. Fəaliyyət növləri. Lisenziyaların alınması

 

2-ci dərs
MMC üçün adın müəyyən edilməsi. Direktorun səlahiyyətləri, təyin edilməsi, müəssisədəki rolu, təsisçi və direktor, işçi və direktor münasibətləri

 

3-cü dərs
Təsis sənədlərinin (qərar, nizamnamə, ərizə forması və s.) tərtib edilməsi, nizamnamə kapitalının müəyyən edilməsi. Hüquqi ünvan anlayışı

 

4-cü dərs
Elektron qeydiyyat. Qeydiyyat orqanına müraciət etməklə müəssisənin qeydiyyata alınması. Şifrənin alınması. Banka şəhadətnamə-dublikatın göndərilməsi. Möhür sifarişi

 

5-ci dərs
Müəssisənin gələcək fəaliyyətinin ilkin planının hazırlanması. Veb-səhifələr, sosial şəbəkələr, reklam üçün digər vasitələr

 

6-cı dərs
Asan imzanın alınması. Bank hesabının açılması. İmza və möhür nümunələri. Manat və USD hesabları

 

7-ci dərs
Ofisin icarəyə götürülməsi ilə bağlı icarə müqaviləsi. Şərtlər. İcarə haqqı. Münasib ofisin axtarılması. Ödəmə mənbəyində tutulan vergi

LAWS.AZ kanalı

img