Möhür və ştamplar
“Legal and Accounting Services” MMC hüquqi və mühasibatlıq, eləcə də tərcümə xidmətləri sahəsində fəaliyyət göstərməklə bərabər, müxtəlif növ möhür və ştampların, eləcə də faksimil (imza-ştamp), ciddi hesabat blanklarının (qaimə-faktura, mədaxil qəbzi, kassa mədaxil orderi, vəkalətnamə), firma blanklarının hazırlanması ilə məşğul olur.
Müəssisə yaradıldıqdan sonra, ona, ilk növbədə, digər prosedurları icra etmək üçün möhür, ştamp, daha sonra ciddi hesabat blankları tələb olunur. Bütün bunları nəzərə alaraq, möhür və ştampların, eləcə də ciddi hesabat blanklarının yüksək keyfiyyət və standartlara uyğun, münasibə qiymətə hazırlanması xidmətini təqdim edirik.