Tez-tez soruşulan suallar
Tez-tez soruşulan suallarla aşağıda tanış ola bilərsiniz:
1Laws.az şirkəti harada yerləşir?
Şirkətimiz bir neçə ünvanda yerləşir. Əsas ofislərimizdən biri Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Dəmirçi plaza 3 ünvanında yerləşir. Ancaq konkret məsələ ilə bağlı müraciət edib, konkret hüquqşünasın hansı ünvanda olduğunu müəyyən etməyi öncədən tövsiyə edirik.
2Hüquqşünasların qəbuluna necə düşmək olar?
Hüquqşünasların qəbuluna yalnız öncədən görüş üçün müraciət etməklə düşmək olar.
3Azərbaycan Respublikasında əcnəbi MMC qurarkən, Azərbaycanlı tərəfdaşa ehtiyac duyulurmu?
Xeyr, əcnəbi vətəndaş təkbaşına MMC təsis edə bilər.
4MMC təsis olunarkən, təsisçi həm də direktor ola bilərmi?
Bəli, MMC-nin təsisçisi, eyni zamanda direktor ola bilər.
5Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olmaq nə dərəcədə faydalıdır?
Azərbaycan Respublikasının təhlükəsizlik baxımından dünyanın ən qabaqcıl ölkələrindən biri olması, eləcə də hökumətin biznes fəaliyyətinə xüsusi önəm verməsi, 2019-cu ildə yeni Vergilər Məcəlləsinin qüvvəyə minməsi ilə bu sahədə kifayət qədər güzəştlərin tətbiq olunması, eləcə də gündən günə turizm ölkəsinə çevrilməsi Azərbaycan Respublikasında biznes fəaliyyətinin uğurlu olacağına zəmanət verir.