Hüquqi şəxslərin qeydiyyatı və ləğvi
Hüquqi şəxslər institutu mülki hüquq sahəsinin mühüm institutlarından birini təşkil edir. Burada hüquqi şəxslərin hüquq və fəaliyyət qabiliyyəti, onların yaradılması, yenidən təşkili və fəaliyyətinin xitamı qaydaları, eləcə də təşkilati-hüquqi formasını müəyyən edən normalar cəmləşir.
Hüquqi şəxslər bir sıra əlamətlərlə fərqlənir. Bu əlamətlərə hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, ünvanı, eləcə də hüquqi şəxsin istehsal etdiyi əmtəəni və həyata keçirdiyi xidmətləri fərdiləşdirən vasitələr, əmtəə nişanı, coğrafi göstəricilər və s. daxildir.
Hüquqi şəxslər kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri kimi növlərə bölünürlər. Kommersiya hüquqi şəxslərinin də özləri təsərrüfat ortaqlıqları (tam və komandit), təsərrüfat cəmiyyətləri (məhdud məsuliyyətli, əlavə məsuliyyətli və səhmdar cəmiyyətlər) və istehsal kooperativləri kimi subnövlərə bölünür. Qeyri-kommersiya hüquqi şəxslərinə ictimai birliklər, fondlar və s. daxildir.
Təsərrüfat ortaqlıqları hüquqi şəxslərin reyestrində nadir təsadüf edilən təşkilati-hüquqi formadır. Qanunvericilikdə təsərrüfat ortaqlıqlarına subyektin tərkibinə münasibətdə yaradılmış məhdudiyyətlər və bir sıra digər səbəblər bu cür təşkilati-hüquqi formaya marağı azaltmışdır.
Azərbaycan Respublikasında hüquqi şəxslərin ən geniş yayılmış növü təsərrüfat cəmiyyətləri, daha dəqiq desək məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlərdir. Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı ilə müəyyən edilmiş miqdarda paylara bölünən məhdud məsuliyyətli cəmiyyətlərdə təsisçilərin məsuliyyəti məhdud xarakter daşıyır.
Yəni, cəmiyyətin fəaliyyəti zamanı onun təsisçilərinin məsuliyyəti qoyduqları payların dəyəri ilə məhdudlaşır. Qoyduqları mayanın (nizamnamə kapitalının) dəyərindən başqa heç bir əlavə məsuliyyət daşımırlar. Məsələn, 100 AZN dəyərində paya malik təsisçi, gələcəkdə cəmiyyətin fəaliyyəti ilə bağlı yaranan borca görə yalnız 100 AZN dəyərində məsuliyyətə cəlb ediləcəkdir.
Təsərrüfat cəmiyyətlərinin mühüm bir qolunu da səhmdar cəmiyyətlər təşkil edir. Səhmdar cəmiyyətlərdə nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünür.
Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı müxtəlif formalarda təşkil olunur. Səhm qoyuluşları pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri ilə ifadə olunan digər hüquqlarla təzahür edir.
Hüquqi şəxslərin qeydiyyatı və ləğvi
Laws.az Şirkəti mülki qanunvericiliyin normalarına tam cavab verən bütün növ yerli və xarici hüquqi şəxslərin qeydiyyatını həyata keçirməkdə sizə yardım edə bilər.
Yerli hüquqi şəxslərin qeydiyyatı zamanı təsisçilərin, iştirakçıların sayından asılı olaraq, təsis müqaviləsinin tərtib edilməlidir.
Pay bölgüsü ilə bağlı hüquqi işlər, eləcə də qərarların verilməsi, fiziki-hüquqi şəxs təsisçilər haqqında məlumatların doldurulmalıdır.
Arayışın yazılması, nizamnamə kapitalı üçün bankda müvəqqəti hesabın açılması, dövlət rüsumunun ödənilməsi, nizamnamənin tərtib edilməsi, hüquqi ünvanla bağlı məsləhətlərin verilməlidir. Digər hüquqi prosedurları həyata keçirməklə, müəssisənin müvafiq orqanda qeydiyyatını həyata keçirir və tam paket sənədləri sizlərə təqdim edirik.
Paket sənədlər dedikdə, müəssisənin nizamnaməsi, VÖEN-i, kommersiya (yaxud qeyri-kommersiya) hüquqi şəxslərin dövlət reyestrindən çıxarışını, elektron sənəd mübadiləsi üzrə müqaviləsini, PİN-kodunu, möhürünü və digər zəruri sənədləri nəzərdə tuturuq. Hüquqi şəxslər yarandıqdan sonra onların bank hesablarının açılması, bu barədə müvafiq tövsiyələrin verilməsi məsələlərində də həmişə sizlərə dəstək olmağa hazırıq.
Hüquqi şəxslərdə dəyişikliklərin həyata keçirilməsi, bu dəyişikliklərin dövlət reyestrində qeydiyyata alınmalıdır. Dəyişiklikləri əks etdirən sənədlərin müvafiq orqanlardan təhvil alınıb sizə təqdim edilməsi prosesini də tam şəkildə həyata keçiririk.
Müəyyən səbəblərdən Azərbaycan Respublikasında mövcud olan hüquqi şəxslərin fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud ləğv edilməsi prosesini də əvvəldən axıradək tam hüquqi tələblər çərçivəsində həyata keçirilir. Ləğvetmə zamanı xüsusi ləğvetmə komissiyası təyin edilir və ləğv edilən hüquqi şəxsin adından bütün orqanlar, eləcə də məhkəmə qarşısında çıxış edir.
Bu kimi hüquqi işlərin həm ağır, həm də müəyyən hüquqi biliklər tələb etdiyini nəzərə alaraq, sizə peşəkar hüquqşünaslardan ibarət “Legal and Accounting Services” MMC-yə müraciət etməyi tövsiyə edirik.