Xaricdə və ofşor zonalarda qeydiyyat
Öncədən planlaşdırdığınız xarici ölkələrdə şirkət qurmaq fikrindəsinizsə, bu prosedurun bütün hüquqi tərəflərini çözməyi “Legal and Accounting Services” MMC-yə həvalə edə bilərsiniz. Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Yaxın və Uzaq Şərq ölkələri, Avropa, ABŞ, Kanada və digər ölkələrdə profilinizə uyğun şirkətləri təsis etməyi, yaxud hazır şirkətləri sizin adınıza sənədləşdirməyi həyata keçiririk.
“Legal and Accounting Services” MMC Şirkəti vergidən qismən və ya tamamilə azad olunmuş ərazilərdə (ofşor zonalarında) ofşor şirkətlər təsis etmək xidmətini də həyata keçirir. Ofşor zonalarında şirkət təsis etməklə, şirkətin təsisçilərini və maliyyə mənbələrini gizlətmək imkanını əldə edə bilərsiniz.
Ofşor zonlara Britaniya Vircin adaları, Seyşel adaları, Cəbəllütariq, Panama, Kipr, Honq-Konq, Baham adaları və s. daxildir. Qismən və ya tam şəkildə vergi nəzarəti olmayan ofşor zonalarda şirkət qurmaqla, öz fəaliyyətinizi daha səmərəli təşkil edir. Gəlirləriniz üzərində istədiyiniz kimi sərəncam verməyə, vergidən tam şəkildə azad formada maddi sərvətlərinizi artırmağa nail ola bilərsiniz.
Xaricdə və ofşor zonalarda qeydiyyat
Ofşor şirkətlərinin mühüm üstünlüklərindən biri dünyanın valyuta nəzarəti olmayan istənilən bankında həmin şirkətlərə bank hesabı açmaq imkanının olmasındadır. İştirakınız olmadan, heç bir yerə getmədən, istər adınıza yeni ofşor şirkətinin təsis edilməsi, istərsə də hazır şəkildə mövcud olan ofşor şirkətinin alınması prosedurunu həyata keçirib, tam paket sənədləri (qeydiyyat şəhadətnaməsi, təsis müqaviləsi (memorandumu) və nizamnamə, fəaliyyət lisenziyası, maliyyə durumu haqqında şəhadətnamə, təsis edilmiş şirkətin rəhbər şəxslərinin reyestrindən çıxarış, möhür və s.) sizə təqdim etməyə hazırıq. Ofşor şirkətlərinin təsnifatı və fəaliyyətinizə uyğun tövsiyə olunan ofşor zonalar, bank hesablarının müvafiq banklarda açılması və digər məsələlər barədə “Legal and Accounting Services” MMC öz bilik və təcrübəsini sizinlə paylaşmağa hazırdır. Əgər təsis edilmiş ofşor şirkətindən necə faydalanmağı və istifadə etməyi bilmirsinizsə, məsləhət almaq üçün bizə müraciət edin. “Legal and Accounting Services” MMC işgüzar fəaliyyətinizə dəyərli olacaq bütün zəruri informasiyanı sizə təqdim edəcəkdir.