Mühasibatlıq və vergi uçotu təlimi
Dəyərli dostlar.
Ölkəmizdə mühasibatlıq sahəsinə olan maraq çoxlu sayda mütəxəssislərin yaranmasına rəvac vermişdir. Ancaq mütəxəssislərin yaranması heç də özbaşına əmələ gəlmir. Mühasibat uçotu ilə bağlı günü-gündən təkmilləşən qanunvericiliyimizin dərinliklərini öyrənmək peşəkar yanaşma tələb edir. Bu da mühasib kimi çalışmaq istəyən şəxslərə bir-çox çətinliklər yaradır. Bu çətinliklərin aradan qaldırılması üçün müəssisəmiz tərəfindən fərqli yanaşma ilə mühasibatlıq və vergi uçotu təlimi təşkil olunur. Həm qrup şəklində, həm də fərdi qaydada keçirilən təlimlərimizdə sıfırdan baş mühasib səviyyəsinədək özünüzü inkişaf etdirə bilərsiniz.
Biz sizdən bu sahədə heç bir ilkin bilik tələb etmirik. Bəzən müəyyən biliyə malik olan şəxslər müəllim tərəfindən verilən bəzi tapşırıqların heç də faydalı olmadığını düşünə bilərlər. Ancaq təcrübəmizə söykənərək bildiririk ki, mühasib düşüncəsinin formalaşması üçün verdiyimiz bütün tapşırıqlar faydalı və əvəzedilməzdir.
Yeganə tələbimiz mühasibatlıq və vergi uçotu təlimi üzrə öyrədilənlərə məsuliyyətlə yanaşmaq və öz üzərinizdə işləmək, müəllimin evə verdiyi tapşırıqları tam şəkildə yerinə yetirməkdir.
İlk gündən praktik şəkildə keçirilən dərslərimizdə mühasibatlığın nəzəri hissələri nəzəriyyə kimi deyil, tətbiqi formada izah olunacaqdır. Bu da sizdə mühasibatlıq kursu üzrə keçdiyimiz təlimlərə maraq yaradacaq və öz inkişafınızın necə bir templə artdığının şahidi olacaqsınız.
Ölkəmizdə olan əksər kurslarda əvvəl nəzəri, sonra isə praktik təlimlər keçirilir. Bu da onunla izah olunur ki, nəzəriyyəni bilmədən praktikada nəsə etmək mümkün deyil.
Biz bu fikri tamamilə inkar edirik və bildiririk ki, nəzəri bilikləri həzm etmək və beyinə yeritmək üçün mütləq şəkildə praktik bilik lazımdır. Buna görə də təlimlərimizin özəlliyi praktik və nəzəri biliklərin qarşılıqlı şəkildə öyrədilməsindən ibarətdir.
Mühasibatlıq və vergi uçotu təlimi üzrə keçirilən təlimlərimizdə təkcə bu sahəni yeni mənimsəyən şəxslər deyil, həmçinin mühasib kimi çalışan, ancaq öz biliklərini daha da artırmaq istəyən əməkdaşlar da iştirak edə bilərlər.
Təlimlərimiz zamanı müəssisəyə ilkin mühasib yanaşması, yəni mühasibatlığını görməyə başladığınız müəssisədə görməli olduğunuz ilk iş, ilkin sənədlərin hazırlanması, ciddi-hesabat blankları, icarə və ona aid vergi və uçot, kargüzarlıq, kadr uçotu, müxabirləşmə, bütün növ vergilər, həmçinin ƏDV-nin mahiyyəti, sadələşdirilmiş, mənfəət və gəlir vergisinin mahiyyəti və onların hesablanması, məcburi dövlət sosial sığorta hesablamaları, hesabatların hazırlanması və göndərilməsi və digər məsələlər çox maraqlı şəkildə izah olunacaqdır.
Bütün təlimlərimizin əsasını real kağız və elektron sənədlər üzərində işləmək təşkil etdiyindən, təcrübə qazanmaq üçün əla imkandan faydalanmağınızı tövsiyə edirik.
Buyurun, mühasibatlıq kursu üzrə təlimlərimizdə qeydiyyatdan keçin, iştirak edin və təcrübəli mühasib kimi fəaliyyətə başlayın.