Hüquqi şəxslər sahibkarlıq subyektləri
Əziz vətəndaşlar, hüquqi və fiziki şəxslər!
“Laws.az” Şirkəti bütün növ müəssisələrin, şirkətlərin, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatını həyata keçirir.
Rusiya, Türkiyə, İran, Qazaxıstan, Ukrayna, Gürcüstan, digər MDB ölkələri, Avropa, ərəb ölkələri, ofşor zonalarında təsis edilmiş şirkətlərin, müəssisələrin Azərbaycan Respublikasında törəmə cəmiyyətlərini, filial və nümayəndəliklərini açıb, sizlərə xidmət göstəririk. Təsis müqavilələrinin, nizamnamələrin, əsasnamələrin, yəni təsis sənədlərinin tərtib edilməsi, onların tərcümə-təsdiqi, ərizə və nümunələrin yazılması, möhürlərin hazırlanması, qeydiyyat orqanlarına müraciətin edilməsi də daxil olmaqla, işləri əvvəldən axıradək həyata keçirib tam paket sənədləri sizə təqdim edirik. Əvvəllər təsis edilmiş hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklərin edilməsi, fəaliyyətinin dayandırılması, qeydiyyatının ləğvi, yəni təsviyəsi məsələlərini həyata keçiririk.
Hüquqi şəxslər sahibkarlıq subyektləri
Bundan başqa, Azərbaycan Respublikası ərazisində məhdud məsuliyyəti cəmiyyətləri, açıq və qapalı səhmdar cəmiyyətləri təsis etmək, onlarda dəyişiklik etmək, fəaliyyətini dayandırmaq, ləğv etmək, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində olan fiziki şəxslərin qeydiyyatı işlərini (VÖEN, Pin kodun alınması, biznes-planların tərtib edilməsi) həyata keçirmək xidmətlərimizin əsasını təşkil edir.
Xarici ölkələrdə yaradılmış şirkətlərin Azərbaycan Respublikasında törəmə cəmiyyətlərinin, filial və ya nümayəndəliklərinin açılması ilə bağlı proseduru incəliklərinədək bilmirsinizsə, bu zaman bu işə hüquqşünasın yardımı olmadan başlamaq nəticədə vaxtınızın, vəsaitinizin və əsəblərinizin itirilməsinə gətirib çıxaracaqdır. Təsis sənədlərində, qərar və etibarnamələrin hazırlanmasında elə incə məqamlar mövcuddur ki, bunlar nəzərə alınmasa, yekunda xaricdən gətirdiyiniz sənədlərdə mütləq çatışmazlıq, nöqsan üzə çıxacaqdır. Buna görə də, işi peşəkar hüquqşünaslara həvalə etməklə, bu kimi problemlərdən uzaq olacaqsınız.
Biz Azərbaycan Respublikasında müəssisələrin açılması üçün lazım olan sənədləri xarici dildə hazırlayıb, təsdiq edilməsi üçün sizlərə təqdim edir, siz də öz növbənizdə həmin sənədləri xaricdə təsdiq etdirib, bizə göndərirsiniz. Bu şəkildə, gələcəkdə meydana çıxa biləcək bütün xətalardan sığortalanırsınız.
Sizin maraqlara öz marağı kimi yanaşan “Laws.az” Şirkətinə müraciət etməklə, dəyərli vaxtınızı, vəsaitinizi, əsəblərinizi və enerjinizi qoruyacaqsınız!