“Legal and Accounting Services” MMC haqqında
“Legal and Accounting Services” MMC-nin rəhbərliyi və əməkdaşları sizi salamlayır və veb-səhifəmizdən istifadə etdiyinizə görə böyük məmnunluq hissi keçirir. “Legal and Accounting Services” MMC həm hüquqi, həm mühasibatlıq, həm tərcümə, həm də möhür-ştampların sifarişi sahəsində sizlərə öz xidmətlərini təklif edir.
Müəssisələrin qeydiyyatı, qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi, qeydiyyata alınmış müəssisələrin fəaliyyətinin dayandırılması, onların ləğv edilməsi daxildir.
“Legal and Accounting Services” MMC haqqında
Eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatı və fəaliyyətinin dayandırılması korporativ hüququn əsas tərkib hissələrinə daxildir.
Bu sahədə əldə etdiyimiz çoxillik təcrübə sayəsində biznesinizin düzgün qurulmasına yardım edib, hər an sizlərə arxa və dəstək olmağa hazırıq.
Vergi ödənişləri ilə bağlı problemləriniz varsa, eləcə də vergi orqanları ilə hər hansı bir məsələyə yanaşma mübahisələnirsə, bu zaman sizin problemlərinizi üzərimizə götürüb həll edə bilərik.
Ailə-nikah münasibətləri mülki hüquqda kifayət qədər geniş mübahisə yaradan məsələlərdəndir. Ailə həyatı qurmamışdan əvvəl nikah müqaviləsi ilə bağlı maraqlandığınız suallara cavab verə bilərik.
Eləcə də ailə qurduqdan sonra yaranmış mübahisələrlə bağlı sizə dəstək dura bilərik.
Mülkiyyət məsələləri mülki hüququn əsas bölmələrindən biridir. Vaxtilə sərəncamla istifadəyə verilmiş torpaqların, mənzillərin özəlləşdirilməsi, alqı-satqı məsələləri, qeydiyyat daxildir.
O cümlədən ev sahibinin vəfat etməsindən sonra mülkiyyətin, yəni miras əmlakın bölüşdürülməsi çətin prosedurlardan biri olub, hüquqşünas dəstəyinə ehtiyac yaradır.
Məhz bu çətinlikləri aradan qaldırmaq üçün “Legal and Accounting Services” MMC sizlərə öz yardımını göstərə bilər.
Əmək prosesində qarşılaşdığınız problemlər, əmək müqavilələrinin bağlanması, işçilərin sığortalanması, səmərəli əmək şəraitinin yaradılması və s. üzrə istər işçilər, istərsə də işəgötürənlər bizim təcrübəmizdən faydalana bilərlər.
Bundan başqa, yerli və beynəlxalq məhkəmə instansiyalarında təmsilçilik, eləcə də vəkil xidmətinin göstərilməsi “”Legal and Accounting Services” MMC -nin fəaliyyət dairəsinə aiddir.
“Legal and Accounting Services” MMC sizlərə mühasibatlıq xidmətlərini də təklif edir. Uçotun aparılması, bəyannamələrin verilməsi və digər xidmətlərlə sizlərə yardım edən “”Legal and Accounting Services” MMC Şirkəti, daimi üzvlük yolu ilə işlərinizi yoluna qoyacaqdır.
İşlərinizi ştatlı mühasibə deyil, bu işdə peşəkar olan ciddi şirkətə, yəni “Legal and Accounting Services” MMC Şirkətinə həvalə etməklə, həm maddi cəhətdən, həm də işlərinizin keyfiyyəti cəhətdən qabağa düşərsiniz.
“Legal and Accounting Services” MMC -nin bir qolu olan “Lingvo” Tərcümə Mərkəzi istər hüquqi, istər iqtisadi, istərsə də texniki, tibbi və digər sahələrə sənədləri, o cümlədən vətəndaşlara məxsus sənədləri bir dildən digər dilə çevirməklə, sizlərə xidmət göstərir.
“Legal and Accounting Services” MMC haqqında yazılanlar yalnız yuxarıda göstərilənlər deyil, həmçinin hüquqi həllini gözləyən istənilən məsələlərlə bağlı, sığorta hüququ, bank hüququ, informasiya hüququ, elektron məlumat hüququ və s. üzrə sizlərin xidmətinizdədir. Hüquq və mənafeyinizin müdafiəsini öz vəzifəsi hesab edən “Legal and Accounting Services” MMC yə müraciət etməklə, peşəkar xidmətlərimizdən yararlana bilərsiniz.