Əmək münasibətləri
“Laws.az” Şirkəti işəgötürən və işçi arasında əmək münasibətlərinin normal şəkildə tənzimlənməsi, onlar arasında müqavilələrin bağlanması və müqavilə şərtlərinin Azərbaycan Respublikasında 01 fevral 1999-cu il tarixində qəbul edilmiş və 01 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Əmək Məcəlləsinə və ona edilmiş düzəlişlərə uyğun tərtib edilməsi, işçi ilə işəgötürən arasında gələcəkdə yarana biləcək problemlərin öncədən qarşısının alınması üzrə tövsiyələrin verilməsi, bütün sənədləşmə işlərinin qanunvericiliyin normalarına uyğun hazırlanması, işçilərin icbari və digər şəkildə sığortalanması, səmərəli əmək şəraitinin yaradılması və digər məsələlər üzrə xidmətlərini təklif edir. Bu kimi incə məsələlərdə diqqətsizlik gələcəkdə əmək münasibəti subyektlərini ciddi problemlərlə üz-üzə qoya bilər. Bütün bunları nəzərə almağı və işinizin hüquqi və mühasibatlıq baxımından düzgün tənzimlənməsini peşəkarlara etibar etməyiniz tərəfimizdən ciddi şəkildə tövsiyə olunur. Biz həm işçi ilə işəgötürən arasında fərdi əmək müqavilələrinin, həm kollektiv müqavilələrin, həm də kollektiv əmək müqavilələrinin işlənib hazırlanması, onların tətbiqi, mövsümi əmək müqavilələrinin tərtibində və digər əmək münasibətlərinin tənzimlənməsində geniş təcrübəyə malikik.
“Laws.az” Şirkəti fəaliyyət profilinizə uyğun olaraq, müəssisə daxili intizam qaydalarını işləyib hazırlamaqda, bu qaydaların pozulmasına görə intizam məsuliyyətinin müəyyən edilməsində, işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti məsələlərinin müəyyənləşməsində, bir tərəfin digər tərəfə vurduğu ziyana görə maddi məsuliyyətin həcminin müəyyən edilməsində, həmçinin əməyin mühafizəsi məsələsində öz dəstəyini sizlərdən əsirgəməyəcəkdir.
Bundan başqa, əmək hüquq pozuntusu, onun hüquq münasibətlərinin subyektləri tərəfindən müxtəlif cür qiymətləndirilməsi nəticədə ciddi mübahisələrə səbəb olur. Biz bu mübahisələrin danışıqlar yolu ilə, hüquqi təlimatlar keçməklə həllinə cəhd edəcəyik. Danışıqlar yolu ilə tənzimlənə bilməyən mübahisələrin həlli isə, təbii ki səlahiyyətli orqanların müdaxiləsi ilə həll oluna bilər. Bu zaman “Laws.az” Şirkəti olaraq, maraq və mənafeyinizi məhkəmələrdə təmsil etməyi üzərimizə götürürük.