Mühasibat xidmətləri
“Legal and Accounting Services” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş və fəaliyyət göstərən bütün növ hüquqi şəxslərə, fərdi sahibkarlara mühasibat xidmətlərini və hesabatların verilməsini təqdim edir. Təbii ki, istənilən iş adamına hər zaman, xüsusilə də biznes fəaliyyətinin ilkin dövrlərində mütəxəssis dəstəyi və məsləhəti lazımdır. İşinizi etibarlı şəkildə qurmaqla, gələcəkdə qarşınıza çıxacaq istənilən problemlərdən uzaq dura bilərsiniz. Bu mənada, hesabatların verilməsi üzrə bizim əsas devizimizi “Mütəxəssislər tərəfindən verilən məsləhət gələcəkdə uğurlu fəaliyyətinizin açarıdır” fikri təşkil edir.
Bəs bizim peşəkar mütəxəssislərimiz Azərbaycan Respublikasında mühasibat xidmətləri üzrə hansı sahələrdə sizlərə dəstək verir:
- Outsorsinq xidməti;
- Biznesin uğurlu alınması üçün müvafiq tövsiyələrin verilməsi;
- Rüblük və illik vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
- Kadr uçotu, işçilərin işə qəbulu və işdən azad edilməsi, bununla əlaqədar əmək müqavilələrinin və əmrlərin tərtib olunması, reyestri, müvafiq dövlət orqanlarına bu barədə məlumatların göndərilməsi;
- Bank və ödəniş sənədlərinin hazırlanması;
- Vergilər Nazirliyi üçün müvafiq bəyannamələrin hazırlanması (ƏDV, mənfəət, sadələşmiş vergi, məcburi dövlət sosial sığorta, məşğulluq bəyannaməsi və digər bəyannamələr);
- DSMF ödənişlərinin həyata keçirilməsi, Dövlət Statistika Komitəsinə müraciət, təqdim etmək üçün hesabatların hazırlanması;
- Müəssisələr üçün balansın hazırlanması və hesabatların verilməsi;
- Şirkət rəhbərləri üçün müxtəlif sənədlərin hazırlanması;
- Müəssisələrin idarə olunmasında xarici iş adamlarına dəstək;
- Azərbaycan Respublikasında mühasibat xidmətlərinin digər növləri üzrə dəstək.
Şirkətimiz müştərilərlə əməkdaşlıq üzrə onlarla rəsmi müqavilə imzalayır və həmin müqavilədə göstərəcəyimiz xidmətlərin və fəaliyyətin bütün detalları öz əksini tapır. Azərbaycan Respublikası vətəndaşları tərəfindən təsis edilmiş şirkətlərlə bağlanan müqavilələr Azərbaycan dilində, əcnəbi vətəndaşlar tərəfindən təsis edilmiş şirkətlərlə bağlanan müqavilələr isə həm Azərbaycan, həm də qarşı tərəfin istəyinə uyğun onların öz dillərində tərtib edilir və hər iki versiya bərabər hüquqi qüvvəyə malik olur.
Şirkətimiz təkcə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslərlə deyil, həmçinin xarici ölkələrdə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən müəssisə və şirkətlərlə də qarşılıqlı şəkildə işləyir, onlara müvafiq dəstək və xidmətlər göstərir. Bizimlə əməkdaşlıq nəticəsində siz etibarlı dost və müdafiəçi əldə etmiş olursunuz. Şirkətimizin əməkdaşları tanınmış təhsil müəssisələrinin məzunları olub, uzun illər həm yerli, həm də xarici müəssisələrlə işləmiş, kifayət qədər böyük təcrübəyə malik peşəkar mütəxəssislərdir.
Mühasiblərimiz
Fidan İsayeva
Səfərov Əhməd
XİDMƏTLƏRƏ GÖRƏ QİYMƏTLƏR
- Mühasibatlıq
- Aşağıdakı düyməni sıxmaqla
- mühasibatlıq xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.
- Vergi
- Aşağıdakı düyməni sıxmaqla
- mühasibatlıq xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.
- Hesabatların hazırlanması
- Aşağıdakı düyməni sıxmaqla
- mühasibatlıq xidmətlərin qiymətləri ilə tanış ola bilərsiniz.