Ailə-nikah mübahisələri

Ailə-nikah mübahisələri

“LAWS” Şirkəti vətəndaşlara ailə-nikah münasibətləri ilə bağlı yaranan problemlərin həlli üzrə öz xidmətlərini təklif edir. Ailə-nikah münasibətləri, yəni nikaha daxil olma, nikahın ləğvi məsələləri, eləcə də nikahın qanunsuz hesab olunması, nikahla bağlı ər-arvad arasında yaranan əmlak və qeyri-əmlak münasibətləri, valideynlik və övladlıq (övladlığa götürmə) hüquqları, qəyyumluq, himayə məsələləri, alimentin müəyyən edilməsi və s. qanunvericik vasitəsilə tənzimlənir. Hüquqi münasibətlərdə ailə-nikah münasibətləri kifayət qədər həssas bir mövzudur. Ər-arvad arasında nikah ləğv olunarkən, onların yetkinlik yaşına çatmamış uşaqları olarsa, bu zaman onların maddi təminatı, tərbiyəsi, onlarla ünsiyyətin qurulması məsələləri mübahisələrə səbəb olur. Həmçinin nikahın ləğvi zamanı əmlakın bölüşdürülməsi ilə bağlı çox ciddi mübahisələr yaranır. Bütün bu mübahisələr nəticədə məhkəmə qaydasında həll olunur. Bu zaman ailə hüququ üzrə zəruri bilik və təcrübəyə malik hüquqşünaslara ehtiyac yaranır.

Şirkətimizin hüquqşünasları aşağıda göstərilən ailə mübahisələrini məhkəmə qaydasında həlli üzrə peşəkar xidmətləri təqdim edir:

– keçmiş həyat yoldaşının yaşayış yerindən kənarlaşdırılması;

– nikah müqaviləsinin, yaxud onun ayrı-ayrı müddəalarının etibarsız sayılması;

– ər-arvadın birinin təşəbbüsü ilə nikahın ləğv olunması;

– birgə əmlakın bölüşdürülməsi;

– nikahın qeyri-qanuniliyinin (saxtalığının) təsbiti;

– valideynlərdən övladlara, yaxud əksinə aliment kəsilməsi;

– valideynlik hüquqlarının məhdudlaşdırılması;

– valideynsiz qalmış uşaqların himayəsi;

– uşağın övladlığa götürülməsi;

– vərəsəliklə bağlı məsələlər, pay bölgüsü;

– digər ailə-nikah mübahisələri.

Bundan başqa yeni ailə quran şəxslərə nikah müqaviləsinin gələcək hüquqi nəticələri barədə məsləhətlər verilir, qarşıda yarana biləcək hər-hansı bir problemdən sığortalanmaq üçün müvafiq yollar göstərilir. Ümumiyyətlə, ailə-nikah münasibətləri zamanı yaranan istənilən formada mübahisələrin həlli ilə bağlı “Femida Consulting” Şirkətinə müraciət edib, peşəkar xidmətlərdən tam mənası ilə faydalana bilərsiniz.