vereselik laws.az

Vərəsəlik hüququ

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vərəsəlik dedikdə, ölmüş şəxsin hüquq və vəzifələrinin vərəsəlik hüquq normaları əsasında vərəsələrə keçməsi başa düşülür. Təbiətin dəyişilməz qanunları vardır və hər kəs müəyyən zaman keçdikdən sonra, haqqın dərgahına qovuşacaqdır.

Ancaq əksəriyyət ölümdən sonra topladığı sərvətin, əmlakın aqibəti barədə düşünür və düşünməlidir də. Buna görə də, vərəsəlik, yəni mirasın bölüşdürülməsi məsələsi ilə tez-tez qarşılaşırıq.

Hüquqda vərəsəliyin iki növü mövcuddur: Qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik. Qanun üzrə vərəsəlik odur ki, bu növ vərəsəlik zamanı ölən şəxsin əmlakının, hüquq və vəzifələrinin keçdiyi şəxslərin dairəsi qanunun özü ilə müəyyənləşir və  Yəni, ölən şəxsin heç bir arzu və niyyəti məlum deyilsə, bu zaman qanun üzrə vərəsəlik tətbiq edilir. Vəsiyyət üzrə vərəsəlik isə odur ki, bu vərəsəlik zamanı ölən şəxsin əmlakı, hüquq və vəzifələri onun hələ sağlığında etdiyi vəsiyyətdə göstərilən şəxslərə keçir. Ancaq hüquqda məcburi pay anlayışı da vardır ki, ölən şəxsin vəsiyyətinin olub-olmamasından asılı olmayaraq, mirasdan qanun əsasında pay alacaq şəxslər vardır. Ümumiyyətlə, məcburi pay dedikdə, mirasın elə bir hissəsi başa düşülür ki, məcburi vərəsələr vəsiyyətnamənin vasitəsi ilə bu paydan məhrum edilə bilməz və əgər vəsiyyətnamə ilə məcburi vərəsələr məcburi pay almaq hüququndan məhrum edilərsə, onda vəsiyyətnamənin həmin hissəsi etibarsız sayılacaqdır. Məcburi vərəsələr də 5 dərəcəyə bölünür.

Bütün bunları nəzərə alaraq, tövsiyə edirik ki, mirasın ədalətsiz bölgüsü ilə rastlaşmamaq üçün, eləcə də mirasın varislərin adına istisnasız olaraq rəsmiləşdirilməsi üçün bu sahədə xüsusi bilik və təcrübəyə malik hüquqşünaslara müraciət edin. “Femida Consulting” Şirkəti maraqlarınıza xələl gətirən bütün problemlərdən sizi qoruyacaq, eləcə də mirasın açılması, bölgüsü və adınıza vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bütün proseduru həyata keçirəcəkdir.